Azərbaycan Reqbi Federasiyasının birinci vitse-prezidenti

Osmanov Elvar Eldar oğlu 8 avqust 1987-ci ildə Gürcüstanın Dmanisi rayonunda anadan olub. Ailəsi 1988-ci ildə Gəncə şəhərinə köçmüşdür. 1995-ci ildə Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbə daxil olumuş və 2005-ci ildə həmin məktəbi uğurla bitirmiş, 2005-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuş və 2010-cu ildə həmin ali təhsil müəssisəsini “Bədən tərbiyəsi və idman” ixtisası üzrə müvəffəqiyyətlə başa vurmuşdur. Həmçinin 2010-2014-ci ildə ixtisas artırılması məqsədi ilə AMAKA və Rusiya Dövlət Ali Məktəbi nəzdində Beynəlxalq Tətbiqi Kosmonaftika Universitetinin İdarəetmə fakültəsini bitirmişdir. N saylı hərbi hissədə xidməti zamanı döyüş hazırlığında qazandığı uğurlara görə hərbi hissə komandirinin Fəxri Fərmanı ilə təltif edilmiş və ona çavuş hərbi rütbəsi verilmişdir.
İdman sahəsində peşəkar karyerasına 2004-cü ildə başlamışdır. Sambo üzrə bir sıra ölkə birinciliklərinin və çempionatlarının qalib və mükafatçısı olmuşdur.
İdman karyerası ərzində qazandığı uğurlara; 
- 2010-cu ildə Azərbaycanın Qusar şəhərində keçirilən universal döyüş üzrə Avropa çempionatının gümüş mükafatı (2-ci yer),
- 2013-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən dünya çempionatının bürünc mükafatı (3-cü yer), 
- 2014-c ildə Rumıniyanın Buxarest şəhərində keçirilən döyüş sambosu üzrə Avropa çempionatının bürünc mükafatı (3-cü yer) 
- Döyüş sambosu üzrə Azərbaycan Respublikasının ilk İdman Ustasıdır.
- 2019-2020-ci illərdə Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının regionlar üzrə vitse-prezidenti vəzifəsində çalışmışdır.
- 2020-ci ildən Azərbaycan Reqbi Federasiyasının birinci vitse-prezidenti vəzifəsinə təyin olunub.
“Gəncə İdman Klubu” ictimai birliyinin və “Dinamo İdman Cəmiyyəti”-nin rəhbəridir.
Ailəlidir, bir övladı var.



Əvvəlki səhifəyə qayıt




28

Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqələr