Nizam-İntizam Komitəsi

Nizam-İntizam Komitəsinin vəzifələrinin əsasını təşkil edən əsas məntiqi məqsəd - ədalətli oyunun dəstəklənməsi və təşviq edilməsi, oyunçuların sağlamlığının və rifahının qorunmasıdır.

Reqbi qaydalarının pozulma hallarının operativ, müstəqil və lazımi qaydada nəzərdən keçirilməsi, oyunun yüksək nüfuzunu təmin etməkdir. Komitənin məqsədi oyunun bütün məqamlarında qaydaların pozulmasına görə nizam-intizam məsuliyyətinə və sanksiyaların tətbiqinə peşəkar yanaşmaqdır. Qaydaların pozulmasının ciddiliyinin qiymətləndirilməsinə yanaşma və sanksiyaların tətbiqində nizam-intizam ardıcıllığına və vahidliyə nail olmaq.

Nizam-İntizam Komitəsinin fəaliyyəti beynəlxalq təcrübəyə və World Rugby-nin tövsiyə və göstərişlərinə əsaslanır, həmçinin Reqbinin oyun ruhuna uyğun gəlir. Beynəlxalq Reqbi Şurası qaydaların pozulmasına görə intizam təminatlarını həyata keçirərkən oyunun bütün səviyyələrində bütün Birliklər, Federasiyalar və Assosiasiyalar tərəfindən tətbiq ediləcək müəyyən Əsas Prinsipləri müəyyən etmişdir. Və Azərbaycan Reqbi Federasiyasının Nizam-İntizam Komitəsinin fəaliyyəti bu Prinsiplərə əsaslanaraq qurulacaq.

Nizam-İntizam Komitəsinin qəbul etdiyi qərar və qətnamələr Azərbaycan Reqbi Federasiyasının bütün strukturları və klub rəhbərləri tərəfindən icrası zaruridir.




Əvvəlki səhifəyə qayıt




93

Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqə