Azərbaycan Reqbi Federasiyasının Fəxri Prezidenti

Elşən Talıb oğlu Abbasov

1978-ci ildə Bakı Şəhəri Nəsimi rayonunda ziyalı ailəsində anadan olmuşdur.1982-ci ildə Daxili İşlər Nazirliyinin nəznində fəaliyyət göstərən 1 nömrəli mərkəzi uşaq baxçasında tərbiyə alıb. 1984-cü ildə Bakı Şəhəri Nəsimi Rayonu 159 saylı Beynəlmiləl orta məktəbinin rus bölməsində təhsil alıb. 1995-ci ildə həmin məktəbin 11-ci sinifini bitirib. Oxuduğu müddətdə dərslərinə səylə yanaşmaqla bərabər, məktəbin ictimai işlərində fəal iştirak edib. İdmanın Kingboks növü ilə Azərbaycanın yığma komandasında məşğul olub və müxtəlif yarışların qalibi olub.
1995-ci ildə Naxçıvan Universitetinin “Avto Nəqliyyat” fakultəsinə daxil olub. Ali təhsillə paralel olaraq əmək faəliiyətinə başlayıb. 1998-ci ildə Turkiyənin İhlas Xəbər agentliyi və TGRT- televizya kanalının Azərbaycanda nümayəndəliyində xüsusi içtimai-siyasi bölməsi üzrə baş operator və 1999-ci ildə isə nümayəndəliyin sədr müavini vəzifəsində çalışıb.
2000-ci ildə ali məktəbi bitirib, Azərbaycanın ordu sıralarında hərbi xidmətə çağrılıb. Hərbi xidmətini Milli Təhlükəsizlik Nazirliyinin nəzrində olan Sərhəd Qoşunlarının N sayli hərbi hissəsində xidmət edib.
İlk siyasi fəaliyyətini 2003-cü ildə Yeni Azərbaycan Partiyası Nəsimi Rayon təşkilatından başlayıb.
2005-ci ildə yenidən Turkiyənin İhlas Xəbər agentliyi və TGRT- televizya kanalının Azərbaycanda nümayəndəliyində fəaliyətini davam etdirib. .
2006-ci ildən başlayaraq kiçik sahibkarlıq fəaliyətinə başlayıb.
2011-ci ildə ikinci ali təhsil almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının qiyabi şöbəsinə qəbul olub və 2014-cü ildə Akademiyanın Politologiya fakultəsini bitirməklə bakalavr dərəcəsi alıb.
Həmin ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının xətti ilə Rusiya Federasiyası Prezidenti yanında Dövlət Xidməti və Xalq Təsərrüfatı Akadademiyasının Beynalxalq Hüquq fakultəsinin magistraturasının qiyabi şöbəsinə qəbul olub və 2017-ci ildə magistr pilləsinə yüksəlib. Rus dillərini bilir.
5 Noyabr 2019-cu ilidən Gəncə İdman Klubun vitse-prezidentidir.
Hal hazırda kiçik sahibkarlıq fəaliyəti ilə məşğuldur. Boya istehasalı müəsisəsinə rəhbərlik edir.
Ailəlidir, iki övladı var.



312

Birlikdə Azərbaycan Reqbisini İdman ailəsində öz yerini almasına çalışaq

Əlaqələr