
Azərbaycan Reghbi Federasiyası Ümumdünya Antidopinq Agentliyi ilə həmrəydir və idmançılar tərəfindən qadağan edilmiş preparatlardan istifadənin qəti əleyhinədir, dopinqdən istifadə hallarının profilaktikasına və aşkar edilməsinə böyük diqqət göstərir.
Azərbaycan Reghbi Federasiyası Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və World Rugby mütəxəssisləri ilə daimi təmasda olaraq təhsil proqramlarını inkişaf etdirir və komandaların və tibbi heyətin vaxtında məlumatlandırılması üçün elmi bazanı təkmilləşdirir.
Azərbaycan Reghbi Federasiyasının himayəsi altında keçirilən yarışlarda iştirak edən istənilən oyunçu və ya Azərbaycan milli yığma komandalarının üzvü istənilən vaxt yoxlanıla bilər.
Azərbaycan Reghbi Federasiyası oyunçuları Antidopinq qanunvericiliyinə riayət etməyə və dərman preparatlarının qəbulundan əvvəl klub həkimləri ilə məsləhətləşməyə çağırır. Sizi maraqlandıran suallarla bağlı office@rugby.az ünvanına məktub göndərməklə pulsuz məsləhət ala bilərsiniz.