ARF
Azərbaycan Reghbi Federasiyasının missiyası

Azərbaycan Reghbi Federasiyasının missiyası aşağıdakılardan ibarətdir:

  • Azərbaycanda reqbi haqda əhalinin maarifləndirilməsi və kütləviliyin təmin olunması ilə bu idman növünün Azərbaycanda inkişafı və populyarlaşdırılması;
  • Oyunların qaydalar çərçivəsində və təhlükəsiz şəraitdə keçirilməsinin təmin olunması;
  • Uşaq, yeniyetmə və gənclərə istiqamətlənmiş proqramların həyata keçirilməsi, sözü gedən yaş dərəcələrində oyunçuların istedad və bacarıqlarının inkişaf etdirilməsi və reqbi dəyərlərinin aşılanması;
  • Böyüklər daxil olmaqla bütün yaş dərəcələrində liqalar, ölkədaxili və beynəlxalq turnirlərin təşkil olunması;
  • Bütün yaş dərəcələrində Azərbaycan milli yığma komandalarının yaradılmasının, onların beynəlxalq yarışlarda iştirak etməsinin və Azərbaycan reqbisinin Avropa və Dünya reytinqlərində irəliləməsinin təmin edilməsi;
  • Cəmiyyətdə reqbi ətrafında pozitiv atmosferin yaradılması, ictimaiyyətlə, könüllülərlə, sponsorlarla aktiv və şəffaf əlaqələrin yaradılması və ədalətli, sırf idman prinsipləri üzərində qurulan oyunun təşviqi.